İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Norveç növbəti mərhələdə! - VİDEO

1732 30.06.2026 23:00 İdman A A

Musavat.com-un məlumatına görə, Dünya Çempionatı çərçivəsində qarşı-qarşıya gələn Fil Dişi Sahili və Norveç yığmalarının qarşılaşması yekunlaşıb.

Son dəqiqələri böyük həyəcanla keçən matçda qalib gələn tərəf Norveç olub.

Avropalılar Fil Dişi Sahili millisini 2-1 hesabı ilə məğlub edərək vacib qələbəyə imza atıblar.

***

Erlinq Haaland səhnəyə çıxdı: Norveç yenidən önə keçdi!

Musavat.com bildirir ki, Fil Dişi Sahili və Norveç komandaları arasındakı gərgin qarşılaşmanın son dəqiqələri dramatik anlara səhnə olur.

Matçın bitməsinə az qalmış, 86-cı dəqiqədə Norveç millisinin superulduzu Erlinq Haaland rəqib qapısını silkələyərək komandasını yenidən önə keçirib. Bu qolla Norveç hesabı 2-1 edərək qələbəyə bir addım da yaxınlaşıb.

Oyunda son dəqiqələr oynanılır.

***

Fil Dişi Sahili matçda hesabı bərabərləşdirdi: Amad Diallodan qol!

Musavat.com xəbər verir ki, Fil Dişi Sahili və Norveç yığmaları arasında keçirilən yoldaşlıq görüşündə tarazlıq bərpa olunub.

Matçın 74-cü dəqiqəsində Fil Dişi Sahili millisinin heyətində Amad Diallo rəqib qapısına yol taparaq hesabı 1-1 edib. Bu qolla afrikalılar oyunda status-kvonu bərpa etməyi bacarıblar.

Hazırda qarşılaşmada gərgin mübarizə davam edir.

***

DÇ-2026: Norveç ilk hissəni üstün başa vurdu – statistika

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fildişi Sahili – Norveç matçında ilk hissə başa çatıb.

Musavat.com xəbər verir ki, fasiləyə Norveç millisi Antonio Nusanın qolu sayəsində 1:0 hesablı üstünlüklə yollanıb.

İlk hissədə Norveç topa daha çox sahib olub – 55 faiz, Fildişi Sahilində isə bu göstərici 45 faiz təşkil edib. Norveç futbolçuları rəqib qapısına 6 zərbə endiriblər, Fildişi Sahili isə 4 dəfə zərbə vurub.

Qapıya dəqiq zərbələrdə də Norveç üstün olub – 2:1. Buna baxmayaraq, Fildişi Sahili daha çox künc zərbəsi qazanıb – 9, Norveç isə cəmi 2 dəfə küncdən topu oyuna daxil edib.

Qayda pozuntularında Norveç 4, Fildişi Sahili isə 1 dəfə qaydaları pozub. İlk hissədə yeganə sarı vərəqə Norveç futbolçusuna göstərilib, qırmızı vərəqə isə qeydə alınmayıb.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fildişi Sahili – Norveç oyununda hesab açılıb.

Musavat.com xəbər verir ki, Norveç millisini 1:0 hesabı ilə önə keçirən qolu Antonio Nusa vurub.

Gənc hücumçu görüşün ilk hissəsində fərqlənərək komandasına vacib üstünlük qazandırıb.

Həmin qolu təqdim edirik:

21:00***

DÇ-2026-nın 1/16 final mərhələsində Fil Dişi Sahili və Norveç milli komandaları arasında oyun başlayıb.

Musavat.com xəbər verir ki, komandalar 1/8 finala yüksəlmək uğrunda mübarizəyə start veriblər.

Fil Dişi Sahili növbəti mərhələyə adlamaq üçün qələbə qazanmağa çalışır. Norveç isə turnirdə yoluna davam etmək məqsədilə güclü rəqibi qarşısında uğurlu nəticə əldə etməyə çalışacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Musavat.com oyunda baş verən əsas hadisələri operativ şəkildə təqdim edəcək.

photo_2026-06-30_22-59-34.jpg (52 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR