İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ali Məhkəməsi Trampın fərmanını qanunsuz saydı

705 30.06.2026 21:40 Dünya A A

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğum yolu ilə avtomatik ABŞ vətəndaşlığının məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını qanunsuz hesab edib. NBC telekanalının məlumatına görə, məhkəmə Tramp administrasiyasının ABŞ ərazisində doğulan bəzi uşaqlara avtomatik vətəndaşlıq verilməsinin dayandırılması təşəbbüsünü qüvvədə saxlamayıb.

Musavat.com xəbər verir ki, Donald Tramp 2025-ci ilin yanvarında imzaladığı fərmanla valideynləri ABŞ-da qeyri-qanuni yaşayan və ya qısamüddətli viza ilə ölkədə olan uşaqlara avtomatik vətəndaşlıq verilməsi praktikasına son qoymağı nəzərdə tuturdu.

"Ölkə üçün iqtisadi fəlakət"

Donald Tramp daha əvvəl də Ali Məhkəmənin onun mövqeyini dəstəkləməyəcəyini ehtimal etdiyini bildirmişdi. O, bu praktikanın davam etməsinin ölkə üçün ciddi fəsadlar törədəcəyini vurğulamışdı:

"Əgər bu praktika saxlanılarsa, bu, ölkə üçün iqtisadi fəlakət olacaq. Ölkəyə gələnlərin %25-i doğum hüququ ilə vətəndaşlıq alacaq və biz heç bir nəzarətə sahib olmayacağıq."

Trampdan Konqresə çağırış: "Bu problemi qanunla həll edə bilərik"

Ali Məhkəmənin qərarından sonra Donald Tramp geri çəkilmək niyyətində olmadığını nümayiş etdirərək, ABŞ Konqresini doğumla vətəndaşlıq hüququnun ləğv edilməsi üçün qanunvericilik səviyyəsində hərəkətə keçməyə çağırıb. Prezident özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb:

"Ali Məhkəmə doğumla vətəndaşlıq hüququnu qüvvədə saxladı, bu, ölkəmiz üçün pisdir. Lakin biz prezidentin dəstəyi ilə bunu Konqresdə qanunvericilik yolu ilə asanlıqla düzəldə bilərik. Konqres ölkəmiz üçün bahalı və ədalətsiz olan doğumla vətəndaşlıq hüququna son qoymaq üçün elə bu gündən işə başlamalıdır. Onlar mənim tam və qeyd-şərtsiz dəstəyimi alacaqlar!"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR