İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeraltı"nın ulduzları Amerikada görüntüləndi - Video

657 30.06.2026 21:10 Şou-biznes A A

“Yeraltı” serialının baş rollarını paylaşan aktyorlar Devrim Özkan və Deniz Can Aktaş bu dəfə şəxsi həyatları ilə gündəmə gəlib.

Türkiyə mətbuatında yer alan iddialara görə, ikili ABŞ-yə etdikləri səfər zamanı əvvəlcə Los-Ancelesdə, daha sonra isə Nyu-Yorkda birlikdə görüntülənib. Sosial şəbəkələrdə yayılan foto və videolarda onların əl-ələ gəzdiyi və birlikdə vaxt keçirdiyi iddia olunur ki, bu da sevgi münasibəti yaşadıqları barədə xəbərləri gücləndirib.

Məlumata görə, Devrim Özkan və Deniz Can Aktaş münasibətləri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. 

Qeyd edək ki, “Yeraltı” serialında Devrim Özkan və Deniz Can Aktaş bir-birini sevən, lakin müxtəlif səbəblərdən yolları ayrılan iki aşiqi canlandırırlar. Ekrandakı uğurlu tərəfdaşlıqları və yüksək uyğunluqları tamaşaçıların diqqətini çəkdiyi üçün onların real həyatda da münasibət yaşadığı barədə söz-söhbətlər uzun müddətdir müzakirə olunur.

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR