İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın açıqlamalarına baxmayaraq, Cinpin ABŞ-a səfərini təxirə salmayıb

981 20.07.2026 09:18 Siyasət A A

Ağ Ev prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı iddialarına baxmayaraq, Çinin dövlət rəhbəri Si Cinpinin sentyabr ayında ABŞ-a səfərinə hazırlıqlar davam edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə deyib: "Səfərin əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabr ayında baş tutacağını gözləyirik".

ABŞ dövlət katibinin sözlərinə görə, Çin tərəfi "səfərə hazırlıq görmək üçün heyət göndərməyə davam edir": "Mən əksini eşitməmişəm. Onların gəlməyəcəyinə inanmaq üçün heç bir səbəbim yoxdur. Bu vacibdir. ABŞ və Çin kimi böyük və güclü iki ölkə olduqda, həmişə qıcıqlandırıcı amillər olacaq. Həmişə fikir ayrılığımız olan məsələlər olacaq. Amma düşünürəm ki, bizim kimi güclü və əhəmiyyətli ölkələrin dialoqu davam etdirmək və münasibətləri qorumaq öhdəliyi var".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR