İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan vəd – prezident seçilsə, böyük miqrant deportasiyası olacaq

367 25.02.2024 12:05 Dünya A A

ABŞ-ın eks-prezidenti, 2024-cü il seçkisinin favoriti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, respublikaçı namizəd bunu dünən Vaşinqtonda keçirilən illik “Mühafizəkar siyasi fəaliyyət” konfransında (CPAC) bildirib. Tramp deyib: “Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Və bizim başqa seçimimiz yoxdur”.

Qeyd edək ki, qanunsuz miqrant axını hazırda ABŞ-ın ən böyük problemlərindən biridir. Amerikalılar bu durumdan çox narazıdırlar. Hər gün Meksika ilə sərhəddən 5-8 min arası qanunsuz miqrant ABŞ ərazisinə daxil olur. Onların arasında meksikalılar, venesuelalılar, kolimbiyalılar, eləcə də Cənubi Amerikanın digər ölkələrinin vətəndaşları var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR