ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ehtimalına nikbin yanaşır.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti Ağ Evdəki mənbəyə istinadən yayıb.
Amerika rəsmisinin sözlərinə görə, Amerika lideri və onun komandası münaqişənin sona çatmasında konstruktiv rol oynamağa və hər iki tərəflə əlaqə saxlamağa hazırdır. Mənbə qeyd edib ki, Tramp sülh sazişi perspektivlərinə nikbin yanaşır.
"The Wall Street Journal" qəzeti ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinə münaqişənin sona çatmasını istədiyini söylədiyini bildirib.
Musavat.com






