İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Senatında İnfantinoya qarşı araşdırma başladıldı

295 28.07.2026 09:57 Dünya A A

ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin (Merilend ştatından Demokrat) FIFA prezidenti Canni İnfantinoya qarşı araşdırma başladıb.

Musavat.com xəbər verir ki, senator FIFA prezidentinə Ağ Ev və ABŞ prezidenti Donald Trampla münasibətlərinin təfərrüatlarını açıqlamasını tələb edən məktub göndərib:

"Bu məktub FIFA işçiləri ilə Tramp administrasiyası və ya onun andiçmə komitəsi ilə əlaqəli şəxslər arasında bütün yazışmaları, o cümlədən Signal, Telegram, WhatsApp, X və Truth Social kimi platformalarda yoxa çıxan mesajları qorumaq üçün bir bildirişdir".

Konqresmen İnfantinodan "istintaqaya kömək etmək" üçün şəxsən ifadə verməsini istəyib və həmçinin Trampa və ya onunla əlaqəli şəxslərə verilən hər hansı hədiyyə, ödəniş və ya güzəştlərlə bağlı sənədləri, FIFA tədbiri biletlərinin satışı ilə bağlı materialları, ABŞ rəsmiləri ilə əlaqə qeydlərini və federasiyanın Tramp Towers ofisinə səfərlərin qeydlərini tələb edib.

City AM əvvəllər qeyri-kommersiya təşkilatı olan FairSquare-in İnfantinonun hərəkətləri ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət etdiyinə dair məlumat yayıb. Mənbənin məlumatına görə, İnfantino Trampın təzyiqi altında 2020-ci ildə kommersiya və siyasi maraqlardan asılı olmayaraq hərəkət etmək andını pozub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR