Xalq artisti Emin Ağalarov sahibi olduğu yaşayış kompleksində yeni qayda tətbiq edib.
Müğənni valideynlərə müraciət edərək uşaqlarına nəzarət etmələrini istəyib.
Emin bildirib ki, yaşayış kompleksində qolf maşınlarının uşaqlar tərəfindən nəzarətsiz idarə olunmasına görə cərimə tətbiq ediləcək:
"Yeni qayda: qolf maşınlarına görə cərimə olunacaqsınız. Əgər valideynlər qolf maşınlarını nəzarətsiz şəkildə uşaqların idarə etməsinə icazə versələr, onları cərimələyəcəyik və qolf maşınlarını əllərindən alacağıq". (Axşam.az)






