İnsanlara hürriyət, millətlərə istiqlal!

30 min hərbçi Rusiyaya GİRİR, paytaxtda DƏHŞƏTLİ ANLAR, dronlar DAĞIDIR - TV Musavat

343 28.07.2026 10:57 Son xəbər A A

Əgər Şimali Koreyanın Rusiyaya 30 min hərbçisini göndərəcəyi barədə məlumat təsdiqlənərsə, bu, Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsi istiqamətində növbəti addım olacaq və hər iki tərəf bu əməkdaşlıqdan mühüm faydalar əldə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Şimali Koreyanın Rusiyaya Ukraynaya qarşı müharibəni dəstəkləmək üçün daha on minlərlə hərbçi göndərməyi planlaşdırdığı barədə bəyanatını şərh edən Koreya Milli Birləşmə İnstitutunun aparıcı elmi işçisi və Şimali Koreya üzrə siyasi analitik Okyon Sop bildirib ki, bu, tamamilə inandırıcı iddiadır. Onun sözlərinə görə, bu, hər iki ölkə üçün qarşılıqlı faydalı sövdələşmə olacaq.

Ekspert qeyd edib ki, Şimali Koreyadan gələn ucuz işçi qüvvəsi Rusiyaya ordusunu iqtisadi baxımdan sərfəli şəkildə komplektləşdirmək imkanı verir. Eyni zamanda, Pxenyan bunun müqabilində maliyyə və hərbi texnologiyalar əldə edir.

Nəşrin qeyd etdiyinə görə, Şimali Koreya dünyanın ən böyük daimi ordularından birinə malikdir və ölkənin silahlı qüvvələrində təxminən 1,2 milyon hərbçi xidmət edir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR