İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların narkotik qalmaqalı böyüyür – Ekspertiza nəticələri açıqlandı

290 28.07.2026 11:09 Kriminal A A

Türkiyədə tanınmış simaların adının hallandığı narkotik istintaqında diqqətçəkən yeni detallar üzə çıxıb. Ekspertiza nəticələri bəzi məşhurların həbsinə, digərlərinin isə sərbəst buraxılmasına səbəb olub.

Türkiyənin Bakırköy Prokurorluğunun tanınmış şəxslərlə bağlı narkotik vasitələrin istifadəsi ilə əlaqədar apardığı istintaq çərçivəsində saxlanılan 19 şübhəli üzrə ekspertiza nəticələri açıqlanıb.

Məhkəmənin qərarı ilə müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində həbs qətimkan tədbiri seçilib.

Müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə əsasən, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe və Şefik Ömər Dolmanın analizlərində kokain aşkarlanıb. Büşra Tatarın analizində isə kodein maddəsi müəyyən edilib.

Bununla yanaşı, müğənni Sıla Gençoğlu və Aybüke Alberenin narkotik testlərinin nəticəsinin mənfi olduğu bildirilib./yenisabah/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR