İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Vyetnama 5 aya qalib gələrdim”

1048 21.04.2026 19:15 Dünya A A

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər o dövrdə (1965-1973-cü illər) Amerika lideri olsaydı, Vyetnam və İraqdakı müharibələrdə tez bir zamanda qalib gələ bilərdi.

Musavat.com xəbər verir ki, o, bu fikri CNBC-yə verdiyi müsahibədə səsləndirib.

"Mən Vyetnama beş ay ərzində qalib gələrdim. Prezident olsaydım, İraqı da eyni müddətdə götürərdim”, - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri daha əvvəl ABŞ-nin əvvəlki prezidentlərinin İranla açıq müharibəyə başlamaq üçün cəsarətinin olmadığını bildirmişdi.

17 apreldə Tramp ABŞ-ın İranla münaqişəni "bir-iki gün" ərzində həll etmək üçün yekun razılaşma bağlamaq niyyətində olduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR