İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Ukrayna böhranının həlli prioritetlərimin ən üst sırasındadır”

642 03.03.2026 21:45 Dünya A A

ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp Ukrayna böhranının nizamlanmasının onun xarici siyasət gündəliyində “çox yüksək” yerdə dayandığını bildirib.

Prezident vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında davam edən münaqişəni dayandıra biləcəyinə inanır: “Mən düşünürəm ki, bu münaqişəni dayandıra bilərəm. İnanıram ki, bu baş verəcək”.

Tramp həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında “böyük nifrət” mövcuddur.

“Bəzən birini günahlandırıram, bəzən digərini”, – deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.

Onun sözləri Vaşinqtonun gələcək diplomatik addımları ilə bağlı yeni müzakirələrə yol açıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR