İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp rəqəmsal dolların ABŞ dövriyyəsinə daxil olmasına qarşı çıxdı

460 18.01.2024 11:30 Dünya A A

Keçmiş prezident Donald Tramp ABŞ-da rəqəmsal dolların tətbiqinə qarşı mübarizə aparmaq qərarına gəlib, çünki bu valyuta hökumətə amerikalıların pulları üzərində mütləq nəzarət imkanı verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

ABŞ-ın keçmiş başçısı deyib ki, o, “amerikalıları hökumət zülmündən qorumaq” istəyir.

“Prezidentiniz olaraq heç vaxt mərkəzi bankın rəqəmsal valyutasının yaradılmasına icazə verməyəcəyəm. Belə bir valyuta federal hökumətə pulunuz üzərində mütləq nəzarət imkanı verəcək. Onlar sizin pulunuzu ala bilərlər və siz onun əskik olduğunu belə bilməyəcəksiniz”, - Tramp Nyu-Hempşirdə seçki kampaniyası zamanı deyib.

Agentlik yazır ki, rəqəmsal dolların əleyhdarları ABŞ hökumətinin insanların alış-verişlərini izləyəyəcəyindən və bu əməliyyatları bloklaya biləcəyindən qorxurlar. Rəqəmsal dolların tərəfdarları onun rəqəmsal əməliyyatları sürətləndirəcəyini və maliyyə fırıldaqlarının və çirkli pulların yuyulmasının aşkarlanmasını asanlaşdıracağını deyirlər.

ABŞ Federal Ehtiyat Sistemi rəqəmsal dolları tətbiq edib-etməməyi nəzərdən keçirdiyini bildirib. Maliyyə tənzimləyicisi rəqəmsal valyutanın nağd pulu əvəz etməyəcəyini, lakin ödəniş imkanlarını genişləndirəcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR