İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp prezident seçilsə, rəqibi Heylini vitse-prezident təyin etməyəcək

697 21.01.2024 14:07 Dünya A A

ABŞ prezidenti vəzifəsinə namizəd Donald Tramp Respublikaçılar partiyasından olan rəqibi Nikki Heyli Ağ Evə dönəcəyi təqdirdə vitse-prezident postuna təyin etmək fikrinə şübhə ilə yanaşıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“O, yaxşıdır, amma o, prezident olası materialdan deyil. Mən bunu deyəndə, o deməkdir ki, o, vitse-prezident seçilməyəcək” deyə Tramp Nyu-Hempşirdəki tərəfdarlarına bildirib.

Tramp qeyd edib ki, belə danışdıqdan sonra o, çıxıb Heylinin vitse-prezident vəzifəsinə namizədliyini irəli sürdüyünü elan etməkdən qürur duyduğunu deyə bilməyəcək.

Bundan əvvəl keçmiş prezident Donald Trampın namizədliyinə qarşı çıxan tərəfdarları və Respublikaçılar Partiyasının üzvlərinin ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini daha çox dəstəklədiyini bildirirdi.

“Politico”ya görə, Heylinin dəstəyinin artdığını ictimai rəy sorğularının nəticələri nümayiş etdirir. Belə ki, Nyu-Hempşir və Cənubi Karolina ştatlarında o, Respublikaçılar Partiyasından Trampın əsas rəqibi sayılan Florida qubernatoru Ron DeSantisi qabaqlayıb. Ayova ştatında Heyli və DeSantis bərabər şəkildə dəstəklənir. Bununla belə, hər iki namizəd populyarlıq baxımından Trampdan aşağıdır.

Bundan əvvəl ABŞ-da Trampın prezident seçiləcəyi təqdirdə Taker Karlsonu vitse-prezident postuna təyin edə biləcəyi ilə bağlı mülahizələr irəli sürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR