İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskdan danışdı: "Ona məktub yazdım"

460 03.07.2026 17:47 Dünya A A

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Mask ilə münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.

Tramp CNBC-yə açıqlamasında bildirib ki, bir müddət əvvəl aralarında fikir ayrılığı yaşansa da, hazırda münasibətləri normallaşıb və onlar arasında heç bir problem yoxdur.

ABŞ lideri həmçinin İlon Maskı dünyanın ilk trilyarderi olması münasibətilə təbrik etdiyini açıqlayıb. Onun sözlərinə görə, Maska məktub göndərərək bu uğuru münasibətilə təbriklərini çatdırıb.

Donald Tramp əlavə edib ki, iyulun 4-dən fəaliyyətə başlayacaq və ABŞ-də 18 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulan "Trump Accounts" adlı yeni yığım və investisiya proqramına İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinin səhmlərini bağışlayacağına inandığını bildirib.

Prezident bu məsələyə münasibət bildirərkən, "Düşünürəm ki, o bunu edəcək", sözlərini işlədib./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR