İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kennedini öz tərəfinə çəkməyə cəhd edib - The Washington Post

588 23.07.2024 00:12 Dünya A A

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə dəstək qarşılığında kiçik Robert Kennediyə administrasiyasında yüksək vəzifə təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müstəqil namizəd kimi dövlət başçılığına iddialı olan kiçik Kennediyə prezidentlik yarışında qalib gələ bilsə, Respublikaçı Trampın gələcək administrasiyasında sağlamlıq və tibb məsələləri ilə bağlı yüksək vəzifə tutması təklif olunub. Bu mövzuda özəl söhbətlər iyulun 13-də keçirilən mitinqdə Trampa sui-qəsddən bir neçə saat sonra başlayıb.

Kiçik Kennedi nəşrə Trampla danışdığını təsdiqləsə də, söhbətin məzmunu barədə məlumat verməyib. Siyasətçi seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Mənimlə əlaqə saxladığı üçün Prezident Trampa böyük hörmətim var. Demokratlar Partiyasının Milli Komitəsindən nə yüksək, nə də aşağı səviyyədə18 ay ərzində mənə müraciət etməyiblər. Bunun əvəzində kampaniyamı pozmaq üçün milyonlar toplayıblar".

O, əvvəlcə Demokratların namizədi kimi prezidentlik yarışında iştirak etmək niyyətində idi, lakin 2023-cü ilin payızında müstəqil namizəd olacağını açıqladı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR