İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kamala Harrisin seçki kampaniyasına 6 min dollar ianə edib

860 22.07.2024 20:20 Dünya A A

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp vaxtilə Demokratları təmsil etmək niyyətində olduğunu artıq açıq şəkildə bildirən Kamala Harrisin seçki kampaniyasına ianələr edib.

Musavat.com Amerikanın “Newsweek” nəşrinə istinadən xəbər verir ki, Tramp keçmişdə iki dəfə Harrisin kampaniyasını maliyyə ianələri ilə dəstəkləyib. Belə ki, 2011-ci il sentyabrın 26-da Tramp ona beş min dollar, 2013-cü il fevralın 20-də isə daha min dollar köçürüb. Həmin vaxt Kamala Harris Kaliforniya Baş prokuroru vəzifəsinə namizədliyini irəli sürürdü.

“Bild” xəbər verir ki, bununla yanaşı, Tramp indi əvvəlki simpatiyalarını unudub. Miçiqan ştatında keçirilən seçki kampaniyası zamanı o, Harrisi gülüş tərzinə görə "dəli" adlandırıb.

Harrisin seçki kampaniyasına təkcə Trampın özü deyil, qızı İvanka Tramp da pul bağışlayıb. Washington Post-un məlumatına görə, bu, 2014-cü ildə baş verib, İvanka Tramp Harrisi dəstəkləmək üçün iki min dollar köçürüb. Eyni zamanda Harrisin nümayəndələri nəşri əmin ediblər ki, onlar Trampdan və ya onun qohumlarından ianə istəməyiblər.

Əvvəllər Tramp tez-tez demokratları dəstəkləmək üçün pul bağışlayırdı. Belə ki, o, 2001-ci ildə o vaxtkı senator Co Baydenin kampaniyasına min dollar ayırıb. Növbəti il, OpenSecrets-ə görə, o, Baydenə 5000 dollar bağışlayıb.

LinkedIn iş saytının həmtəsisçisi Reed Hoffman, sərmayədarlar Corc və Aleks Soros və bir sıra digər böyük sahibkarlar artıq Kamala Harrisə maliyyə dəstəyini elan ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR