İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla münaqişəni Vyetnam və Əfqanıstanla müqayisə etdi

640 19.07.2026 08:00 Dünya A A

İranın hava hücumu nəticəsində İordaniyada iki amerikalı hərbçinin həlak olmasından sonra ABŞ prezidenti Donald Tramp ABŞ-ın İslam Respublikası ilə münaqişədə Vyetnam və ya Əfqanıstandakı müharibələrə nisbətən xeyli az itki verdiyini qeyd edib.

Musavat.com xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinə verdiyi müsahibədə danışıb: "Heç Vyetnamda neçə nəfərin öldüyünü soruşmusunuzmu? Heç soruşmusunuzmu ki, bir gündə Əfqanıstanda neçə nəfərin ölüb? Bu, kədərlidir, amma bu halda onlar İranın nüvə silahına sahib olmasını və Yaxın Şərqin məhv edilməsini istəmədikləri üçün öldülər".

Tramp həmçinin həlak olan iki ABŞ hərbçisinin ailələri ilə əlaqə saxlamaq niyyətində olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR