ABŞ prezidenti Donald Tramp iki yeni linkorun (döyüş gəmisi) inşasını nəzərdə tutan planı təsdiqlədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, yeni gəmilər indiyədək dünyada inşa edilmiş bütün analoqlardan daha böyük, daha sürətli və qat-qat güclü olacaq. ABŞ prezidenti bildirib ki, bu linkorlar “indiyə qədər mövcud olmuş hər hansı döyüş gəmisindən 100 dəfə daha güclü” olacaq və ölçü baxımından ABŞ və dünya tarixində ən iri döyüş gəmiləri statusunu qazanacaq.
“Bunlar dəniz səthində aparılan müharibələr üçün ən ölümcül gəmilərdən olacaq. Hər biri ölkəmizin tarixində, eləcə də dünya tarixində tikilmiş ən böyük döyüş gəmisi olacaq”, — deyə Tramp vurğulayıb.

Açıqlamada qeyd olunub ki, layihənin hazırlanmasına ABŞ Hərbi-Dəniz Qüvvələri rəhbərlik edəcək. Donald Tramp isə prosesdə şəxsən iştirak edəcəyini bildirib.
“Hərbi-Dəniz Qüvvələri bu gəmilərin dizaynını mənimlə birlikdə həyata keçirəcək. Çünki mən çox estetik düşüncəyə malik bir insanam”, — deyə ABŞ prezidenti əlavə edib.
Musavat.com






