İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Heylinin vətənində onu xeyli üstələyir - sorğu

482 02.02.2024 11:06 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin BMT-dəki keçmiş səfiri Nikki Heylini, ikincinin vətəni Cənubi Karolinada 26 faiz qabaqlayır. Respublikaçılar Partiyasının fevralın 24-də bu ştatda keçirəcəyi praymerizindən həftələr qabaq durum bu cürdür.

Musavat.com xəbər verir ki, bunu “The Washington Post” qəzetinin və Monmut Universitetinin (Nyu-Cersi) tədqiqat xidmətinin apardığı sorğunun dünən dərc olunan məlumatları göstərir.

Tədqiqata görə, keçmiş prezident ehtimal olunan ilkin seçkilərdə səslərin 58%, Heyli isə 32% faizini alacaq. Sorğunun nəticələrinə görə, Cənubi Karolinada həm kişilərin 62, qadınların isə 54 faizi Trampı dəstəkləyir. Ştatdakı hər 10 seçicidən yeddisi keçmiş Amerika liderinin bu ilin noyabr ayında baş tutacaq seçkilərdə hazırkı prezident Co Baydenə mütləq və ya “böyük ehtimalla” qalib gələcəyinə inanır.

Bir ay əvvəl isə bir sıra analitiklər Nikki Heylinin Trampı və digər respublikaçı namizədləri üstələyəcəyinə inanırdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR