Britaniyalı hərbi analitik Aleksandr Merkuris bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Avropada təhlükəsizlik problemini ilk 100 gündə həll etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, o, bu barədə özünün “YouTube” kanalında yayımladığı videoda bildirib.
Amerika tərəfi Donald Trampın prezidentliyinin ilk 100 günü ərzində bu məsələdə çox sürətlə irəliləmək istəyir və çox güman ki, Putinlə Tramp arasında keçiriləcək istənilən sammitdə bu məsələnin müzakirəsinə böyük diqqət yetiriləcək”, - britaniyalı hərbi analitik bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya dövlət başçısının ABŞ-li həmkarı ilə nə vaxt görüşə biləcəyini açıqlamışdı. O, Rusiya prezidentinin hər zaman danışıqlara açıq olduğunu vurğulayıb.
Nigar,
Musavat.com