İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz

708 22.07.2024 08:40 Dünya A A

"ABŞ prezidenti Co Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə ölkəni idarə edə bilməyəcək."

Bu fikri ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizədi Donald Tramp “Truth” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“İndi ölkəmizi kim idarə edir? Bu yaramaz Joe deyil, onun harada (hansı postda) olduğu haqqında heç bir fikri yoxdur. Əgər namizədliyini irəli sürə bilməsə, ölkəmizi də idarə edə bilməyəcək.”, - deyə Tramp bildirib.

Qeyd edək ki, iyulun 21-də prezident Co Bayden prezident seçkilərindən çəkildiyini açıqlayıb və bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. O həmçinin prezidentlik müddətinin sonuna qədər səlahiyyətlərini icra edəcəyini bildirib.//APA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR