İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Bayden məndən 20 dəfə çox məxfi sənədi evində saxlayır”

385 07.09.2023 18:43 Siyasət A A

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni ofisində məxfi sənədləri saxlamaqda ittiham edib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun bu sözləri populyar radio aparıcısı Hyu Hyuitlə müsahibəsində yer alıb.

“Baydenin ofislərində mənim Floridada, Mar a Laqo malikanəmdə tapılandan içi məxfi sənədlərlə dolu 20 dəfə çox qutu olduğunu bilirdinizmi? Onun senator vəzifəsi daşıyarkən belə məxfi məlumatları gizlətdiyini bilirdinizmi?”,-deyə o söyləyib. Tramp Baydenin həmin sənədləri oğurladığını iddia edib və bunu bir cinayət olduğunu deyib.

Xatırladaq ki, bu ilin yanvarında Baydenlə əlaqəli Vaşinqtonda yerləşən analitik mərkəzin binasında məxfi sənədlər toplusu tapıldığı xəbər edilmişdi. Sənədlər Baydenin ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışdığı vaxta (2009-2017) aiddir. Ağ Evin məlumatına görə, bunlar 2022-ci ilin noyabrında dövlət başçısının elə öz vəkilləri tərəfindən aşkar olunub. Sənədlər Baydenin 2017-2019-cu illərdə, yəni prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl istifadə etdiyi ofisdə yerləşdirilib. Daha sonra Baydenin Delaver ştatının Wilmington şəhərindəki evində də gizli sənədlər tapılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR