ABŞ prezidenti Donald Tramp Davosda “Sülh Şurası”nın nizamnaməsinin imzalanması mərasimində çıxışı zamanı Azərbaycan və Ermənistan liderləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp bildirib ki, həm Azərbaycan, həm də Ermənistan rəhbərləri onun dostları sırasındadır.
ABŞ prezidenti bu sözləri beynəlxalq tədbir çərçivəsində səsləndirib.
“Ermənistan, Azərbaycan – demək istəyirəm ki, bu liderlərin bir çoxu mənim dostlarıma çevrilib. Onlar məhz burada, bu mühitdə mənim dostlarım oldular”, – deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, Trampın bu açıqlaması Davosda keçirilən mərasim zamanı səsləndirilib və beynəlxalq mediada maraqla qarşılanıb.
Musavat.com






