İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp artıq MÜHARİBƏNİN taleyini dəyişə BİLMƏYƏCƏK: Ortada heç bir SÜLH YOXDUR!

810 20.06.2026 19:24 Siyasət A A

"Tramp bütün dünyaya limonad və korjik təqdim eləyir və deyir ki, biz artıq sülh müqaviləsini imzaladıq. Könül istər inansın, çox istər inansın, amma belə deyil."

Musavat.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Alıoğlu "Tv Musavat"ın canlı efirində deyib.

Onun sözlərinə görə, Trampın və Putinin Ukrayna müharibəsinin taleyini dəyişməsi artıq mümkün deyil və ABŞ-nin yeni seçilmiş prezidenti "idarə olunan xaos" nəzəriyyəsi ilə hərəkət edərək strateji bir ssenari üzrə çıxış edir: "Trampın impulsiv görünən açıqlamaları əslində düşünülmüş addımlardır. İranla bağlı məsələdə isə heç bir sülh müqaviləsi imzalanmayıb, sadəcə niyyət memorandumu mövcuddur ki, bu da real nəticə üçün kifayət etmir. Ümumiyyətlə, ABŞ, İran və İsrail arasındakı qarşıdurma uzun müddət davam edəcək".

Ekspert bildirib ki, beynəlxalq prosesləri qiymətləndirərkən hər kəs yalnız Azərbaycanın maraqlarından çıxış etməlidir: "Heç bir ölkəni, o cümlədən İsraili süni şəkildə 'qardaş' elan etməyə, milli qələbəmizi kimsənin ayağına yazmağa ehtiyac yoxdur. İsrail bizə silahları təmənnasız deyil, pulla satıb və Qarabağdakı tarixi zəfər yalnız Azərbaycan xalqının, ordusunun və Ali Baş Komandanın şücaəti sayəsində əldə olunub".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR