Almaniya ukraynalılar üçün sürücülük vəsiqələrinin dəyişdirilməsi qaydalarını xeyli sadələşdirir.
Musavat.com xəbər verir ki, Almaniyada ukraynalı qaçqınlar sürücülük vəsiqələrini nəzəri və praktiki imtahan vermədən alman sürücülük vəsiqəsinə dəyişə biləcəklər. Bununla bağlı qaydalar Bundesrat tərəfindən təsdiqlənib.
Yeni qərara əsasən, Ukrayna sürücülük vəsiqələrinin sadələşdirilmiş qaydada dəyişdirilə biləcəyi ölkələr siyahısına daxil ediləcək. Bu qaydalar sürücülük vəsiqələrinin əksər kateqoriyalarına şamil olunacaq.
Lakin hələlik bu imkandan istifadə etmək mümkün deyil. Bundesratın qərarından sonra sənəd hökumət tərəfindən yekun rəsmiləşdirilməli və rəsmi qanunlar toplusunda dərc edilməlidir.
Almaniya hökuməti bildirib ki, sürücülük vəsiqələrinin sadələşdirilmiş qaydada dəyişdirilməsi ukraynalıların əmək bazarına daha sürətli inteqrasiyasına və onların ölkə daxilində hərəkətini asanlaşdırmağa kömək edəcək.
Musavat.com






