İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıb

374 09.01.2023 12:08 Kriminal A A

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkin yaşına çatmayan şəxslər və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman üzərlərindən 1 kq 320 qram “heroin”, 1 kq 585 qram “marixuana”, 49 qram psixotrop maddə olan metamfetamin və aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan “marixuana” aşkarlanıb.

Bununla da Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 əməliyyat-axtarış tədbiri baş tutub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR