İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tövbə etdim, bir daha Türkiyəyə getməyəcəyəm” - VİDEO

2902 21.07.2024 15:54 Şou-biznes A A

Türkiyədə tətil edən müğənni Nadir Qafarzadə qiymət bahalığından şikayətlənib. 

Sosial şəbəkə hesabında bu barədə danışan sənətçi Türkiyənin ən bahalı ölkələr siyahısında olduğunu bildirib:

“Artıq darıxdım, geri gəlmək istəyirəm, arıqlamışam. Hələ geri dönməyə 3 günüm var. Əməlli-başlı günəşdən yanmışam, dərim çıxır, sanki alnım qırdır. Görməmiş kimi günəşin altından çıxmadım, məni yandırdı. Allah burada işləyənlərin ruzisini yetirsin. Amma Türkiyədə çox bahaçılıqdır, hətta yerli əhali də bunu təsdiq edir. Artıq tövbə etdim, növbəti ildən Avropaya getmək lazımdır. Bura dəhşət bahaçılıqdır. Yəqin ki, belə olmalıdır. Dünyanın hər yerində bahaçılıqdır. İnşallah, tezliklə qayıdacağam, Azərbaycan üçün darıxdım. Mən başqa yerdə çox qala bilmirəm”. 

Həmin görüntüləri təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR