İnsanlara hürriyət, millətlərə istiqlal!

Tonoyandan ŞOK ETİRAF: “44 günlük müharibənin qarşısını almaq üçün...”

1461 01.08.2023 14:16 Son xəbər A A

“44 günlük müharibənin qarşısını almaq üçün mən öz səlahiyyətlərim çərçivəsində bir neçə sənəddə əsaslı şəkildə ifadə olunmuş müdafiə siyasətinin həyata keçirilməsini təmin etdim”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında deyib.

“Amma haqqında danışa biləcəyim sənəd hökumətin 2018 və 2019-cu illərə aid iki qərarıdır. Həmin sənədlər mənim fəaliyyətim zamanı qəbul edilib. Üstəlik, 2018-ci ilin qərarını koalisiya hökumət proqramı adlandırmaq olar və 2019-cu ilin hökumət proqramında da təqdim edə biləcəyim fəaliyyətlərin siyahısı var. 2019-2023-cü illər üçün hökumət proqramında müdafiə ilə bağlı hissə mövcuddur”, - deyə eks-nazir qeyd edib.

Tonoyan II Qarabağ savaşından öncə müharibə təhlükəsinin yarandığı barədə məlumatların olduğunu da söyləyib.

“Təhlükəli vəziyyətdən xəbərim var idi. Mən vaxtaşırı aldığımız rəsmi məlumatlara əsasən, təhdidedici vəziyyətin olduğunu bilirdim. Lakin heç kim hərbi əməliyyatların başladığı günü bilmirdi”, - deyə David Tonoyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR