İnsanlara hürriyət, millətlərə istiqlal!

Tom Kruz özündən 25 yaş kiçik deputat qızı ilə göründü

878 05.02.2024 17:54 Dünya A A

Hollivud ulduzu Tom Kruz özündən 25 yaş kiçik rus qadınla görüşərkən paparassilərin kameralarına yaxalanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor rusiyalı milyarder xanım Elsina Xayrova ilə görüşdə görüntülənib. Sevgililərin fotoları “Just Jared” saytında dərc olunub.

61 yaşlı Tom Kruz fevralın 3-də Londonda helikopterdən düşərkən onu 36 yaşlı Elsina qarşılayıb.

Elsina rusiyalı deputat Xayrovun qızı və brilyant istehsalı ilə məşğul olan oliqarxın keçmiş arvadıdır. Cütlük ötən ilin dekabr ayından birlikdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR