İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok"da qadağa ilə bağlı YENİ TƏKLİF - Şəxsiyyət vəsiqəsi ilə... - VİDEO

1401 24.03.2024 13:07 Ölkə A A

Sosial şəbəkələr, xüsusilə "TikTok"la bağlı narahatlıqlar artır. Bu sosial platformada əxlaqi, milli-mənəvi və ailə dəyərlərinə zidd davranıışlar sərgilənir. 

Vəziyyət o həddə çatıb ki, bəzi vərtəndaşlar bu platformanın qadağan olunmasını istəyir. 

Qeyri-etik sözlər, təhqir və söyüşlə dolu dialoqlar "TikTok"da sıradan bir səhnəyə çevrilib. Əfsuslar olsun ki, sosial şəbəkədə azyaşlılardan da istifadə edilərək paylaşımlar edilir. 

Bu cür neqativ hallara görə "TikTok"a müəyyən qadağa və məhdudiyyətlərin tətbiq edilməsi gündəmə gəlib. Məhdudiyyətlər arasında sosial şəbəkəyə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olması təklif edilir. 

Ətraflı ATV-nin hazırladığı süjetdə izləyə bilərsiniz:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR