İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdən Rusiya-Ermənistan yolu ilə bağlı ŞOK qərar

3420 05.05.2023 14:39 Son xəbər A A

Gürcüstan hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsini avtomobillər üçün bağlayır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, gömrük-buraxılış məntəqəsi mayın 5-dən bir ay müddətinə qapadılacaq. Qərarın “təmir işləri ilə bağlı” verildiyi qeyd olunur.

Yük maşınları üçün nəzərdə tutulan keçidlərdən minik avtomobilləri keçə biləcək. Departamentdən əlavə ediblər ki, insanlar keçid məntəqəsindən həmişəki kimi keçə biləcəklər.

Ermənistanla Rusiya arasındakı əsas quru əlaqənin olması səbəbindən “Lars”ın qapadılması İrəvan üçün növbəti şokdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR