İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı VİDEO

618 24.09.2023 17:39 Son xəbər A A

Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan istiqamətinə növbəti keçid baş tutub.

Trend-in Laçın SBM-ə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, səhər saatlarında Ermənistandan Azərbaycan ərazisinə daxil olan Təcili Yardım maşınlarının Qarabağ iqtisadi rayonundan tibbi yardıma ehtiyacı olan 23 nəfər şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə yenidən Ermənistana keçidi təmin edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.

İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.

Trend həmin kadrları təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR