İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ

1309 17.07.2026 14:49 Ölkə A A

Ağdaşda itkin düşən 28 yaşlı Söygülü Yusibovadan 5 aydan çoxdur xəbər yoxdur. Qadının anası Zemfira Kərimova qızının tapılması üçün aidiyyəti qurumlara müraciətlər edib.

Ana hadisə ilə bağlı jurnalist Mələk Hacıyevaya danışaraq yeni detallar açıqlayıb.

Ananın iddiasına görə, Söygülü itkin düşməzdən əvvəl sonuncu dəfə onunla danışarkən qayınatası Qədim Yusibovun ona qarşı nalayiq hərəkətlər etdiyini bildirib:

“Axırıncı dəfə gələndə dedi ki, qaynatam mənə əl atır. Sirkə içəndə getmişdik, Qədim qoymadı qızım desin ki, ona niyə sirkə içizdirib. Qədim qızıma əl atıb. Ona görə də Ağdaş rayonunun Kükəl kəndində olan evi satıb rayonun Maşat kəndinə köçdülər. İndi də gəlib deyirlər ki, qızın yoxdur. Bəs yoxdursa, onda mənim qızım haradadır?”.

Qeyd edək ki, Söygülü Yusibovanın tapılması üçün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət planlaşdırılır.//“Bakupost”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR