İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: “Fyodorovu qaytarın, Sırskini qovun!”

393 17.07.2026 14:45 Foto fakt A A

Kiyevdə şəkilmiş bu şəkil “Qardian” qəzetinin manşetini bəzəyir. Fotoda Ukraynanın müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsinə etiraz edənlər görünür.

Onların əllərində kustar üsulla hazırlanmış transparantlar var, Fyodorovun postundan kənarlaşdırılmasının səbəbini soruşur, geri qaytarılmasını, Sırskinin qovulmasını tələb edirlər.

Bu, sabiq müdafiə naziri Mixail Fyodorovun ictimai nüfuzunun, populyarlığının göstəricisidir.

Müdafiə nazirini, eləcə də icraedici hakimiyyiət qolunda yüksək vəzifə tutan istənilən məmuru vəzifəsindən kənarlaşdırmaq prezidentin müstəsna səlahiyyəti çərçivəsindədir.

Zelenski Fyodorovu işdən azad etməsinə belə bir izahat verib ki, hərbi baş komandan general-polkovnik Aleksandr Sırski ilə müdafiə nazirinin arasında münaqişə olub və tərəfləri yola gətirmək mümkün olmayıb.

Amansız müharibəyə cəlb olunmuş ölkənin hərbi sferasına rəhbərlik edən iki nəfərin arasında bu cür münaqişələr faciəvi nəticələrə səbəb ola bilər deyə, Zelenski onlardan birinin tərəfini tutmalı olub. Sırski prezidentə daha faydalı kadr kimi görünüb. Görünür, zəif bənd Fyodorov imiş – ictimai nüfuzuna baxmayaraq.

ukrsir-2.JPG (58 KB)

Bu transparantın tərcüməsi belədir: "Yalnız əlverişli generallar sabitdir". Z hərfinin üstündən xətt çəkiləndə isə mənası belə olur: "Yalnız əxlaqsız generallar sabitdir"

İndi Ukraynanın müdafiə nazirinin səlahiyyətlərini Yevgeni Xmara icra edir. Bundan əvvəl Xmara Ukrayna təhlükəsizlik xidmətinin müvəqqəti rəhbəri olub. Amma o, tezliklə müdafiə naziri postuna təsdiqlənəcək.

İctimaiyyət nümayəndələri isə prezidenti iradəsi ilə hesablaşmırlar. Transparantlrın birində konkret sual var: “Başınız xarab olub?”

Əlinin altında o qədər informasiya olan, öz komandasının üzvlərini beş barmağı kimi tanıyan prezidentin kadr siyasətinə şübhə etmək, onu yönləndirməyə çalışmaq, bəlkə də demokratik prinsiplər çərçivəsindədir, ancaq Ukraynada qanlı müharibə gedir və “döngədə atları dəyişdirməyin” ciddi səbəbləri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR