İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə sərnişini rus bir ifadəyə görə 100 min rubl cərimələndi

790 21.12.2023 12:36 Dünya A A

Uxta şəhər məhkəməsi təyyarədə sərxoş olub özünü terrorçu adlandıran rusiyalını mühakimə edib.

Musavat.com xarici mediaya istinadla xəbər edir ki, bu barədə məhkəmənin rəsmi saytında məlumat verilib.

Hadisənin 2023-cü ilin noyabrında Uxta-Moskva reysində baş verdiyi  bildirilir. Uçuşdan əvvəl hazırlıq zamanı stüardessa gecikməmək üçün hər kəsin öz yerinə oturmasını xahiş edərkən, buna cavab olaraq 50 yaşlı Komi sakini deyib ki, gecikmə onun terrorçu olması ilə bağlı olacaq. Daha sonra sərxoş olan kişi kresloda əyləşərək yuxuya gedib.

Məhkəmənin saytındakı nəşrdə həmçinin bildirilir ki, sərnişinin bu ifadəni söyləməsindən sonra təyyarənin kapitanı təyyarədə olan polisi çağırıb və o, sərnişini təyyarədən endirib. Onun üzərində heç bir partlayıcı tapılmayıb. Bununla belə, bu hərəkətinə görə adam 100 min rubl cərimə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR