İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla İsrailin döyüş arenası ən çox BU ərazilərdə şiddətlənəcək - ŞOK

563 04.08.2024 10:59 Siyasət A A

"İran və onun siyasətində təməl daşlardan olan proksi qüvvələr ABŞ-nin Suriya və İraqdakı maraqlarına qarşı kampaniyanı gücləndirəcəklər".

Musavat.com xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, artıq İran və onun vəkillərinin Suriyanın şərqində ABŞ-nin nəzarət zolağına qarşı hərbi hərəkətliliyi güclənib:

"İsrail-İran müharibə ritorikası nisbi sakitliyə qərq olduğu zamanlarda İran Böyük Britaniya və ABŞ şirkətlərinin İraqdakı fəaliyyətinə qarşı təzyiqlər göstərirdilər. Deməli, İsrail-İran qarşıdurması ABŞ və Böyük Britaniyaya İraqda öz kommersiya maraqlarının təmin edilməsində bir vasitədir".

Ekspert əlavə edib ki, İranla İsrailin döyüş arenası ən çox Suriya, Livan, İraq, Yəmən cinahlarında şiddətlənəcək:

"İsraillə İranın müharibə çərçivələri ən çox Tehranla Qərb arasındakı növbəti sövdələşmələrə yol aça bilər.

HƏMAS-ın yenidən təşkilatlanmasında Türkiyə İranın əlindəki vasitələri inkişaf etdirmək üçün təkliflər paketi hazırlayıb. Bu, İranla Türkiyə arasında sövdələşmə ehtimallarını gücləndirir, lakin tərəflər xarici siyasətdəki İslam ideologiyası istiqamətində fərqli mövqelərə sahib olduğundan onların fikir ayrılıqları da dərinləşə bilər".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR