İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu aviaşirkətlər Təl-Əvivə uçuşları dayandırdı - DÜNYA ÇALXALANIR

542 04.08.2024 10:41 Son xəbər A A

İspaniyanın “Iberia Express” və “Air Europa” aviaşirkətləri Təl-Əvivə uçuşları müvəqqəti dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə aviaşirkətlər məlumat yayıb.

“Air Europa” avqustun 4-dən 7-dək Madrid və Təl-Əviv arasında müntəzəm reysləri müvəqqəti dayandıracaq. "Iberia Express" isə Ben Gurion hava limanına uçuşları ən azı avqustun 5-dək təxirə salacaq.

Bundan əvvəl Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar bir sıra digər beynəlxalq aviaşirkətlər, o cümlədən Almaniyanın “Lufthansa”, ABŞ-nin “Delta” və “United Airlines” şirkətləri İsrailə uçuşları dayandırmışdı.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət daha da pisləşib. Livanın “Hizbullah” hərəkatı bu gecə İsrailin şimalındakı Beyt Hillel kəndinə onlarla raket atıb. Qeyd edilir ki, top atəşi İsrail ordusunun Livanın cənubunda məskunlaşan əraziləri atəşə tutmasına cavab olaraq həyata keçirilib.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR