İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təyyarə davası" haqqında şok iddialar

811 21.08.2022 21:48 Şou-biznes A A

Bir vaxtlar Brangelina kimi tanınan Bred Pitt və Ancelina Coli cütlüyünü bitirən "təyyarə davası"nın yeni təfərrüatları ortaya çıxıb. 

Musavat.com bildirir ki, Colinin keçmiş həyat yoldaşı Pittə qarşı açdığı məhkəmənin bəzi materialları ABŞ mətbuatına sızıb.

İş materiallarında olan sənədlərə görə, Ancelina Coli keçmiş həyat yoldaşı ilə baş vermiş qızğın mübahisənin şəxsi təyyarənin tualet otağında baş verdiyini iddia edib. İddiaya görə, Bred Pitt Colinin bəzən əlindən və çiynindən tutaraq onu silkələyib. Daha sonra onu itələyərək təyyarənin tualet otağına salıb və "Sən bu ailəni məhv edirsən" deyə qışqırıb. Bu zaman cütlüyün iki azyaşlı övladı valideynlərinin mübahisəsini eşidib və təyyarənin bağlı tualetinin qabağında "Ana, yaxşısan?" deyə ağlayaraq, Ancelina Colini çağırıblar. Bred Pitt isə "Yox, anan yaxşı deyil, bu ailəni məhv edir. O, dəlidir" deyə cavab verib.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə görüşməyə başlayıblar və 2014-cü ildə evləniblər. Toydan 2 il sonra Ancelina Coli təyyarədə baş verən insidentdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR