İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tərtər hadisələri"nə görə həbs edilən kəşfiyyatçının anasını belə aldatdılar- "Əfvə düşəcək..."

1218 17.03.2022 16:48 Kriminal A A

"Tərtər hadisələri"nə görə həbs edilən şəxsin anası dələduzluğa məruz qalıb. Qadına oğlunun əfvə düşdüyünü deyən şəxslər ondan pul alıblar.

Musavat.com xəbər verir ki, bu barədə aldadılan Məhsəti Hüseynovanın özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

M.Hüseynova qeyd edib ki, tanımadığı şəxslər ona zəng edərək oğlu İsmayıl Hüseynovun əfvə düşdüyünü deyiblər və təcili şəxsiyyət vəsiqəsinin surətini istəyiblər.

Ardınca isə ondan rüsum adı ilə 525 manat pul ödəməli olduğunu deyiblər. Məhsəti Hüseynova da həmin şəxslərə inanaraq pulu deyilən karta köçürüb və nəticədə aldadılıb.

                           İsmayıl Hüseynov

Qeyd edək ki, İsmayıl Hüseynov 2016-cı ildə həbs edilib. Kəşfiyyatçı Hüseynov vətənə xəyanət ittihamı ilə 15 il həbs cəzası alıb.

Onu da xatırladaq ki, "Tərtər işi"nin yenidən araşdırılması üçün istintaq qrupu yaradılıb.


İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR