İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefon yükləyicisinə görə yanan və iki nəfərin ölümünə səbəb olan evdən GÖRÜNTÜLƏR - VİDEO

1374 27.09.2023 09:48 Hadisə A A

Kürdəmirdə fərdi yaşayış evində güclü partlayış baş verib.

Hadisə Kürdəmir rayonunun Çöhranlı kəndində 37 yaşlı Vüsal Zərbalıyeva məxsus ümumi sahəsi 140 kv/metr 4 otaqlı evdə qeydə alınıb.

Evdə olan Vüsal Zərbalıyev və həyat yoldaşı 35 yaşlı Şəbnəm Zərbalıyeva ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal səsə gələn qonşuların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Daha sonra onlar Bakıya göndəriliblər.

Yaralılar Bakıdakı xəstəxanada dünyasını dəyişiblər.

Qeyd edək ki, ailənin iki azyaşlı uşağı hadisə zamanı məktəbdə olduğundan xəsarət almayıblar. İlkin ehtimala görə, partlayışa səbəb telefon yükləyicisinin partlamasıdır.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR