İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya MDB-nin dağılmasının qarşısını ala bilmir

324 25.07.2026 17:50 Siyasət A A

Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında inteqrasiyanı qorumaq məqsədilə yaradılsa da, son illərdə təşkilatın gələcəyi ilə bağlı suallar daha da aktuallaşıb. Xüsusilə son olaraq Moldovanın da təşkilatdan uzaqlaşması prosedurlarına başlaması göstərir ki, Moskva artıq keçmiş sovet respublikalarını öz orbitində saxlamaqda əvvəlki imkanlara malik deyil.

Вернется ли Молдавия в СНГ, и если да – что она там застанет

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “SP” nəşri yazıb.

Aydın olur ki, MDB-nin baş katibi Sergey Lebedevin "Moldova istəsə, yenidən təşkilata qəbul olunacaq" bəyanatı da əslində Rusiyanın artan narahatlığının göstəricisi kimi qiymətləndirilir. Onun sözlərinə görə, Kişinyov gələcəkdə mövqeyini dəyişərsə, təşkilatın qapıları Moldova üçün açıq olacaq. Lakin bu açıqlama fonunda əsas diqqət çəkən məqam Rusiyanın Moldovanı təşkilatda saxlaya bilməməsi və MDB-nin nüfuzunun getdikcə zəifləməsidir. Kişinyov artıq uzun müddətdir ki, xarici siyasətdə Avropa İttifaqına inteqrasiyanı prioritet elan edib və MDB-dən çıxmaq qərarını da məhz bu kursun tərkib hissəsi kimi əsaslandırır.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmak nəşrə deyib ki, Moldovanın yaxın illərdə MDB-yə qayıdacağı inandırıcı görünmür. Onun fikrincə, bu yalnız hakimiyyət dəyişikliyi və Rusiya ilə münasibətlərin yenidən normallaşdırılmasını istəyən siyasi qüvvələrin iqtidara gəlməsi halında mümkün ola bilər. Hazırkı siyasi reallıq isə belə ssenarini dəstəkləmir.


Moldova MDB-dən, Ermənistan KTMT-dən çıxmaq yolunda

Ekspert qeyd edib ki, MDB üzvlüyü Moldovaya iqtisadi üstünlüklər – azad ticarət zonası və vizasız hərəkət imkanları qazandırsa da, son illərdə Rusiya ilə siyasi münasibətlərin pisləşməsi bu üstünlüklərin əhəmiyyətini xeyli azaldıb. Rusiyada yaşayan Moldova vətəndaşlarının sayı, eləcə də Rusiya bazarına ixracın həcmi əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Moskva ilə Kişinyov arasında diplomatik münasibətlər də gərgin olaraq qalır. Son insidentlərdən biri Rusiya səfirliyinə məxsus avtobusun Moldova polisi tərəfindən saxlanılması və diplomatik qeydiyyat nişanlarının çıxarılması olub. Bu hadisədən sonra Moldovanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Baş verənlər iki ölkə arasında siyasi qarşıdurmanın davam etdiyini göstərir.


Moldovanın seçimi ölkəyə baha başa gələcək – MDB-dən xəbərdarlıq -  Globalinfo.az

Rusiyalı ekspert Dmitri Yejov hesab edir ki, Sergey Lebedevin açıqlaması daha çox Moldova cəmiyyətinə və müxalifətə ünvanlanmış siyasi mesajdır. Onun fikrincə, Maya Sandunun rəhbərliyi altında Kişinyov Avropa istiqamətində qəti seçim edib və bu kurs MDB-yə qayıdış perspektivlərini demək olar ki, aradan qaldırıb.

Müşahidəçilər hesab edirlər ki, Moldova tək nümunə deyil. Son illərdə Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrin MDB-dən uzaqlaşması, digər üzv dövlətlərin isə təşkilat daxilində fəallığının azalması Moskvanın postsovet məkanında inteqrasiya layihələrini qorumaqda ciddi çətinliklərlə üzləşdiyini göstərir. Bu baxımdan MDB əvvəlki geosiyasi çəkisini tədricən itirən quruma çevrilir.

Sergey Lebedevin "qayıdış qapısı açıqdır" mesajı əslində təşkilatın genişlənməsindən daha çox onun dağılmasının qarşısını almaq cəhdi kimi görünür. Çünki MDB-dən növbəti ölkələrin uzaqlaşması təşkilatın gələcəyini daha da sual altına qoya bilər.

Moldovanın yenidən MDB-yə dəvət edilməsi ilə bağlı səslənən bəyanatlar Moskvanın təşkilatı qorumaq niyyətini nümayiş etdirsə də, mövcud geosiyasi reallıq Rusiyanın postsovet məkanındakı təsir imkanlarının əvvəlki səviyyədə olmadığını və MDB-ni əvvəlki formatda saxlamağın getdikcə çətinləşdiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR