İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizə hücumla bağlı istintaq yekunlaşsa da... - RƏSMİ

744 04.07.2023 17:23 Son xəbər A A

“İstintaq bitsə də, bizə hər hansı məlumat verilməyib”.

Bunu Musavat.com-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

XİN rəsmisi İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Sitayişinin bugünkü açıqlamasını şərh edərkən qeyd edib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumla bağlı istintaqın nəticələri hələ də təqdim olunmayıb.

O ki qaldı səfirliyimizin fəaliyyətinin bərpa olunmasına, Ayxan Hacızadə hələlik bununla bağlı danışıqların aparılmadığını vurğulayıb.

Qeyd edək ki, İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Sitayişi bugünkü mətbuat konfransında bildirib ki, istintaq yekunlaşıb və bu işdə eyni şəxs təqsirləndirilir: “Azərbaycan səfirliyinə baş vermiş hücum iki dost və qonşu ölkə arasında münasibətlərə mənfi təsir edib. Buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanları hər zaman vurğulayıblar ki, bu hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxs ciddi cəzalandırılmalıdır. İstintaq tamamlandı və bu işdə eyni şəxs təqsirləndirilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR