İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidə müharibə hazırlığı BİTDİ: “yeni Kadırov” peyda olur – detallar CANLIda

2767 17.08.2023 11:34 Son xəbər A A

Separatçılar sadə erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını hər vəchlə almağa çalışırlar. Bütün mümkün vasitələrdən yararlanan separatçıların son ümidi BMT təhlükəsizlik Şurasının iclasına qalmışdı. Artıq oradan da “rədd” cavabı aldılar. Amma separatçılar geri çəkilmək niyyətində deyillər, onlar silahlı mübarizəyə hazırlaşırlar.

Erməni mətbuatı yazır ki, separatçıların arasında reallığı anlayan, Bakının şərtlərini qəbul etməyin vacib olduğunu başa düşənlər də var. Onlardan biri qondarma qurumun “təhlükəsizlik şurası”nın sabiq “katibi” Samvel Babayndır.

Babayn həm baş separatçı Araik Artyunyanı, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edir. O iddia edir ki, Bakının şərtlərini qəbul etməkdən savayı yol yoxdur, əks halda xalq əziyyət çəkəcək.

Onun belə fikirləri separatçıları narahat etməyə başlayıb, ona görə Babayanı hədəfə götürüblər.

Separatçılar ona qarşı kampaniya başladıblar. Müharibə tərəfdarı olanlar Babayanı “artsax”ın “Kadırov”u adlandıraraq, onu Azərbaycanla reinteqrasiya tərəfdarı olanlar arasında gözdən salmağa çalışırlar.

Separatçılar paralel olaraq, “müharibədən, vuruşmaqdan savayı yolumuz yoxdur” təbliğatını da genişləndirirlər.

Böyük ehtimalla, yaxın günlərdə Azərbaycanla reinteqrasiya tərəfdarı olanların cəzalandırılması prosesi başlayacaq. Bunun ardınca isə ermənilər təxribatçı addımlara start verə bilərlər.
Ona görə də Azərbaycan Ordusunun hər cür təxribata hazır olması vacibdir.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız AXP sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR