İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidə gecə nələr baş verib? - Təcili toplantı - Üzeyir Cəfərovla

2154 23.05.2023 11:02 Gündəm A A

Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb.

Gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb. Erməni mənbələr yazır ki, separatçılar arasında ciddi narahatlıq yaranıb. “Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, - məlumatda qeyd olunub.

Separatçıların qondarma bəyanatı gecə saatlarında yayılıb. Bəyanatda Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, Paşinyan ittiham olunur.

Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazı qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi buna məcbur qaldıqlarından xəbər verir.

Erməni mənbələr gecə saatlarında keçirilən təcili toplantının digər məqsədinin Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi olduğunu qeyd edir. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar.
Digər məlumatlara görə, Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Bildirilib ki, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində istefada olan polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR