İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndi “Laçın”a görə AYAĞA QALXDI, ermənilər DÖYÜLDÜ - Görüntülər CANLI-da

2619 12.07.2023 15:45 Gündəm A A

İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bu təxribatlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü 21 iyuldan daha tez baş tuta bilər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu deyib.

Nikol Paşinyan isə AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşəcəyini təsdiqləyib: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən sonuncu görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmayıb, lakin müəyyən irəliləyiş var. Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır.

Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Qarşıdakı görüş zamanı ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər reallaşacaq”.

Ermənistanın Göyçə vilayətinin Martuni rayonunda ermənilər arasında dava düşüb. Davaya səbəb “Hayakve” imzatoplama kampaniyası olub. Kampaniyanın təşkilatçıları ermənilərdən imza toplamaq istəyəndə, digər ermənilər tərəfindən hücuma məruz qalıblar. Ermənistan mediasının məlumatına görə, 10-12 nəfər kampaniyanın iştirakçılarına hücum edib, kağızlarını cırıblar, həmçinin, imza atanları da döyüblər.
Qeyd edək ki, “Hayakve” kampaniyası Ermənistan müxalifəti tərəfindən başladılıb. Məqsəd Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət məsuliyyətinə cəlb edilməsini qanuniləşdirməkdir.

Ermənistanın 50 min vətəndaşının imzası toplanarsa, məsələ parlamentin gündəliyinə salınacaq. Qanunverici orqan layihəni tanımasa, referenduma çıxarılması üçün 300 min imza toplanmalıdır.

Bu plan Ermənistanın Baş naziri Nikol Paşinyanaqarşı qurulub, buna görə hakimiyyət kampaniyanın əleyhinə çıxır. Ermənistanın müxtəlif bölgələrində kampaniyanın təmsilçiləri hücuma məruz qalır.

Qarabağda yaşayan ermənilər Laçın yoluna görə etiraz aksiyası keçirir.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aksiyadan da göründüyü kimi, Qarabağda yaşayan ermənilər Laçın yolunun guya azərbaycanlılar tərəfindən kəsilməsinə etiraz edirlər.

Bu günü də gördük. Zaman var idi ki, ermənilər Laçın yolunu, Laçını, Qarabağın böyük bir hissəsini işğal etmişdilər və Azərbaycan bütün dünyaya etiraz edirdi. Vətən savaşından sonra isə artıq həm vəziyyət, həm də səhnələr dəyişib. İndi ermənilər etiraz edirlər.

TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində politoloq Vaqif Hüseynlə regional mövzuları müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR