İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xaçaturyanın məhkəməsində TÜKÜRPƏDƏN ifadələr - “5 nəfəri məktəbə salıb diri-diri yandırdı” – Elxan Şıxəliyevlə CANLIda

828 18.10.2023 13:37 Son xəbər A A

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir. Onlar Meşəli hadisələrinə Vaqif Xaçaturyanın rəhbərlik etdiyini vurğulayıblar. Vaqif Xaçaturyan isə onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu, Daşnaksütyun Partiyasının üzvləri olduqlarını açıqlayıb.

O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçaturyanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədn birinin də o olduğunu bildiriblər.

Vaqif Xaçaturyan deyib ki, Meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb, həmin dəstənin başçıları Xankəndidən olub, onların adlarını bilməyib:

“Bizim kənddən iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram”.

“Vaqif Xaçaturyanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı”.

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Fazil Hacıyev deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxsi tanıdığını, Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduğunu bildirib: “Ermənilər bütün yolları bağlamışdılar. Onlar 5 nəfəri məktəbə salıb diri-diri yandırdılar. Cinayətdə iştirak edənlər Badara kənd sakinləridir. Kəndə hücum zamanı özüm də ağır yaralandım, tanışım Allahverdini vurdular”.

Zərərçəkmiş Ədalət Salmanov söyləyib ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif Xaçaturyan dayanırdı: “Mənim maşınımı yandırdılar. Xaçaturyanın qardaşı kəndimizdə təsərrüfat briqadiri işləyirdi. Hücum zamanı çayın qırağında əmim oğlunu vurdular. Onun meyitini güclə çıxarıb təxliyə edə bildim”.

Zərərçəkmiş Arzu Rüstəmov vurğulayıb ki, həmin hadisələrdə onun qardaşı, polis əməkdaşı Hidayət Rüstəmov qətlə yetirilib: “Qardaşım daha çox “Mirpaşa” ləqəbi ilə tanınırdı. Qardaşım şəhid olmuşdu. Dekabrın 24-ü meyitləri götürməyə gedəndə qardaşımın yandırılmış, yəni kül vəziyyətində olduğunu gördüm. Qardaşım Milli Qəhrəmandır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini tələb edirəm”.

“Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib”.

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Bayram Hacıyev bildirib.

Zərərçəkmiş deyib ki həmin hadisələr zamanı gənc olduğunu bildirib: “O vaxt mən cavan idim və onun haqqında çox eşitmişəm. Vaqifin dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib. Ağsaqqallar bildirdilər ki, insanları diri-diri yandırırdılar. Badara kəndində mən başqa Vaqif adında şəxs eşitməmişəm. Arais, Ernes və Vaqifin dəstəsi bütün kəndə qan uddurdu”.

İş üzrə ifadə verən digər zərərçəkmiş Bəsti Behbudova isə qeyd edib ki, atası Meşəli hadisələrində ağır güllə yarası alıb və sonradan vəfat edib: “Həmin vaxt mən uşaq olmuşam. Amma valideynlərim və kənd camaatından Vaqif Xaçatryan barəsində çox pis şeylər eşitmişəm. Onun necə vəhşilik etməsi hamımıza məlumdur”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR