İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xaçatryan Xocalı SİRLƏRİNİ AÇIR – Köçəryan və Sərkisyan da məhkəməyə gətiriləcək – detallar CANLIda

1295 17.10.2023 13:30 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ittihama münasibət bildirən V.Xaçatryan özünü ittihamlarda təqsirli bilməyib.

İş üzrə zərərçəkmiş şəxs İlham Kazımov məhkəmədə ifadə verərək bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanıyır:

"Meşəli kəndinə hücum zamanı orada olmuşam. Bizi ermənilər mühasirəyə aldılar. Körpə uşaqdan tutmuş böyüyə qədər 25 nəfər öldürdülər. 14 nəfər yaralandı. Onlardan biri də mən. Atam da şəhid oldu. Çünki ovçu idi atam. Vaqifgil bilirdilər ki, atamın atdığı güllə boşa çıxmayıb. O vaxt bizim kənd sakini Nübar Qasımova gəlib dedi ki, bizi Vaqifin dəstəsi qırdı. Mən onun ömürlük həbsini istəyirəm. Meşəli soyqırımında Badara ermənilərinin hamısı iştirak edib. Nübar Qasımovanın yoldaşı şəhid oldu, özü də ayağından yaralandı. Badarada bundan başqa Vaqif olmayıb. Badarada Vaqif Xaçatryan bir bu idi".
TV Müsavat xəbər verir ki, Xaçatryanın məhkəməsi Ermənistan mediasında həssaslıqla izlənir. Onun ifadələri əsasında Köçəryan və Sərkisyanın da həbs olunma ehtimalı gündəmə gəlir. Bu, yaxın günlərdə baş verə bilərmi?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR