İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiya RƏSMƏN elan etdi: Ermənistanı silahlandırırıq – CANLI

1463 22.12.2023 11:44 Gündəm A A

Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. “Bəzi fərdi müqavilələrdə, həqiqətən də, Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, - deyə səfir vurğulayıb.

Kopırkinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.
Səfirin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çoxdankı ənənəyə malikdir. Bu, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR