İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Roma Papası Üçüncü Dünya Müharibəsinin başladığını elan etdi – “Canlı debat”da

1405 14.06.2022 14:00 Gündəm A A

Roma Papası Fransisk Üçüncü Dünya Müharibəsinin başladığını bəyan edib. Bu barədə La Stampa nəşri yazıb.

"Bir neçə il əvvəl ağlıma gəlmişdi ki, biz Üçüncü Dünya Müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə inanıram ki, Üçüncü Dünya Müharibəsi elan olunub", - deyə Papa Avropadakı yezuit nəşrlərinin rəhbərləri ilə söhbətində bildirib.

Onun fikrincə, “bir əsrdə üç dünya müharibəsindən sağ çıxan bəşəriyyət"in başına gələnləri düşünmək lazımdır. Papa Fransisk bunun fəlakət olduğunu sözlərinə əlavə edib.

Roma Papası Ukraynadan başqa, digər ölkələrdə də münaqişələrin davam etdiyinə diqqət çəkib: “Nigeriyada, Konqoda, Myanmada – amma bunlar heç kimin vecinə deyil”.

Papa Fransisk 25 il əvvəl Ruandada baş verən toqquşmaları da xatırladıb və bir daha dünyanın müharibə şəraitində olduğunu vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR